TƏBİB Azərbaycanda koronavirusa yoluxanların son vəziyyətini açıqlayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Azərbaycanda koronavirusa yoluxanların son vəziyyətini açıqlayıb – VİDEO

09:26 - 03 / 03 / 2020
TƏBİB Azərbaycanda koronavirusa yoluxanların son vəziyyətini açıqlayıb – VİDEO

“Hazırda koronavirus olan 3 xəstəmizin vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar”.

1news.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva AzTV-nin efirində yayımlanan “Əsas məsələ” verilişində deyib.

“Hələ yanvarın 30-dan etibarən koronavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər planı olub. Bu plan Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi.

Plana uyğun olaraq bütün aidiyyəti qurumlara, o cümlədən də TƏBİB-ə tapşırıqlar verilmişdi. Ölkəmizdə virusa yoluxma qeydə alınmamışdan qabaq infeksiya sərhədlərimizə yaxınlaşdığı zaman Nazirlər Kabineti yanında qərargah yaradıldı, tədbirlər intensivləşdirildi.

Qeyd etmək istəyirəm ki, bu xəstəliyin əsas müalicəsi dəstəkvericidir. Çünki infeksiyanın hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin resperator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır. Hətta məlumatlar var ki, heç bir müalicə olmadan, yüngül formada koronavirusdan yaxa qurtarmaq olur”.

Saxta xəbərlərə inanmayın: Koronavurusla bağlı ən doğru məlumatı harada axtarmalı?

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

TƏBİB Astarada yoxlama apardı - Baş həkim işdən çıxarıldı - VİDEO

S.Xankişiyeva

 

Paylaş:
1181

Son xəbərlər

Bütün xəbərlər