Bakı Zooparkı yenidənqurmadan sonra belə olacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Zooparkı yenidənqurmadan sonra belə olacaq – FOTO

12:00 - 03 / 03 / 2020
Bakı Zooparkı yenidənqurmadan sonra belə olacaq – FOTO

Bildiyiniz kimi, Bakı Zooloji Parkında Heydər Əliyev fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Archico şirkəti tərəfindən genişmiqyaslı yenidənqurma işləri aparılır.

SkyscraperCity Azerbaijan dünən Bakı Zooloji Parkının bərpadan sonra necə görünəcəyilə bağlı yeni fotoları dərc edib.

Məlumdur ki, heyvanat parkında veterinar klinikası da fəaliyyət göstərəcək. Və bütün heyvanlar, quşlar və balıqlar Avropa Zooparklar və Akvariumlar Birliyinin (EAZA) standartlarına əsasən saxlanılacaq.

Xatırladaq ki, zooparkın ümumi ərazisi iki hektardan çox – 2,25-dən 4,25-ə genişləndiriləcək. Balacalar üçün zooparkda ev heyvanlarından ibarət “Sevimli guşə” və “Kəpənəklər evi” olacaq. Bununla yanaşı, zooparkda həm balıqlar, həm də suda-quruda yaşayanlar (amfibiya) üçün akvaterrariumlar da olacaq.

S.Xankişiyeva

 

 

 

Paylaş:
2088

Son xəbərlər

DSX-nin hərbçisi vəfat edib

23 / 07 / 2025, 15:08
Bütün xəbərlər