16 yaşlı qız dəm qazının qurbanı oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

16 yaşlı qız dəm qazının qurbanı oldu

09:33 - 04 / 03 / 2020
16 yaşlı qız dəm qazının qurbanı oldu

Bakıda yeniyetmə qız dəm qazından ölüb.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər