VI çağırış Milli Məclisin ilk iclası nə zaman keçiriləcək? - AÇIQLAMA

"Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil".
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir:
“Bununla bağlı hələ qərarın verilməsini gözləyirik”.
S.Mirzəyev bildirib ki, Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.
Onun sözlərinə görə, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək:
“Bu təcrübə Milli Məclisdə var”- deyə, S.Mirzəyev qeyd edib.
Qafar Ağayev
534