İran gəmilərinin Azərbaycan limanlarına girişinə müvəqqəti məhdudiyyət qoyuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

İran gəmilərinin Azərbaycan limanlarına girişinə müvəqqəti məhdudiyyət qoyuldu

14:55 - 05 / 03 / 2020
İran gəmilərinin Azərbaycan limanlarına girişinə müvəqqəti məhdudiyyət qoyuldu

İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyuldu.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun verdiyi məlumata əsasən, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.

Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər