Xəzər TV SOCAR-ın balansına keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər TV SOCAR-ın balansına keçdi

18:00 - 05 / 03 / 2020
Xəzər TV SOCAR-ın balansına keçdi

Bu gün Xəzər TV MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb. 

1news.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

Bildirib ki, kanalın yeni rəhbəri, Xalq artisti Murad Dadaşov “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib. 

Qeyd edək ki, “SOCAR Media” İB SOCAR-ın təsisçiliyi ilə yaradılıb.

1news.az

Paylaş:
1055

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər