Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq etdi - YENİLƏNİB

Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçirib.
1news.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib.
Konstitusiya Məhkəməsinin iclasında seçkilərin yekun nəticələri təsdiq edilib.
***
Saat 11:05
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında dinləmələr sona çatıb.
1news.az xəbər verir ki, məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev elan edib.
O qeyd edib ki, müşavirədən sonra Konstitusiya Məhkəməsi qərarını elan edəcək.
***
Saat
10:05
Konstitusiya Məhkəməsi Plenumunun fevralın 9-da keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası başlayıb.
1news.az xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və qurumun üzvləri, Ombudsman Səbinə Əliyeva da iştirak edir.
***
Saat 09:05
Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin nəticələrini təsdiq edəcək.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası bu gün saat 10:00-da keçiriləcək.
Qeyd edək ki, fevralın 25-də Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.
Qafar Ağayev