Qərargah: Məktəblərdə tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlilinə əsasən veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: Məktəblərdə tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlilinə əsasən veriləcək

12:18 - 05 / 03 / 2020
Qərargah: Məktəblərdə tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlilinə əsasən veriləcək

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tətilin müddətinin uzadılıb-uzadılmasına aydınlıq gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-nın sorğusuna  verilən cavaba görə, təhsil müəssisələrində tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlili və müzakirələrin nəticəsinə uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. İlk tədris günü mart ayının 10-u müəyyən edilib.

S.Xankişiyeva

 

 

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər