TƏBİB və BNA-dan maarifləndirici AKSİYA | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB və BNA-dan maarifləndirici AKSİYA

13:13 - 06 / 03 / 2020
TƏBİB və BNA-dan maarifləndirici AKSİYA

Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri çərçivəsində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Nəqliyyat Agentliyi (BNA) aksiya keçirib.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, Nəqliyyat Könüllüləri mərkəzin ərazisində sərnişinlərə TƏBİB-in hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub. Eyni zamanda, Hava limanı ekspres avtobuslarında TƏBİB tərəfindən hazırlanmış kliniki sağlam olan, lakin COVID - 19 virus xəstəliyi yayılmış ölkələrə səyahət etmiş şəxslər üçün tövsiyələr əks olunan bukletlər paylanılıb.

Qafar Ağayev

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər