Zaqatalada 20 min manat fındıq ləpəsi oğurlayanlar tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 20 min manat fındıq ləpəsi oğurlayanlar tutuldu

14:50 - 09 / 03 / 2020
Zaqatalada 20 min manat fındıq ləpəsi oğurlayanlar tutuldu

Zaqatala rayonu ərazisindəki zavodların birindən 20.000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinənlərdən biri saxlanılmış, daha 2 nəfərin şəxsiyyətləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki zavodların birindən 20.000 manat dəyərində fındıq ləpəsi oğurlamaqda şübhəli bilinən Kebeloba kənd sakinləri M.Tahirov saxlanılmış, daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.  

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qafar Ağayev

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər