Tozlu hava nə zamana qədər davam edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Tozlu hava nə zamana qədər davam edəcək?

16:05 - 09 / 03 / 2020
Tozlu hava nə zamana qədər davam edəcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görə havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Nazirlikdən 1news.az-abildirilib ki, tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

1news.az

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər