Yasamalda evdən oğurluq edən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda evdən oğurluq edən şəxs tutuldu

18:02 - 09 / 03 / 2020
Yasamalda evdən oğurluq edən şəxs tutuldu

Yasamal rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Yoldaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az -a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 15-də Yasamal rayonu ərazisindəki evlərin birindən 180 manat pul, 3000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini A.Yoldaşov saxlanılıb.

1news.az

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər