Azərbaycanda “Лучше всех!” verilişininə seçilən uşaqlar artıq Moskvadadır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Лучше всех!” verilişininə seçilən uşaqlar artıq Moskvadadır – FOTO

16:45 - 10 / 03 / 2020
Azərbaycanda “Лучше всех!” verilişininə seçilən uşaqlar artıq Moskvadadır – FOTO

28 fevral-01 mart tarixlərində Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Rusiya Federasiyasının birinci kanalı “Лучше всех!” verilişinin sifarişi ilə Bakı şəhərində təşkil olunan kastinq başa çatıb.

1news.az-ın məlumatına görə, kastinqin məqsədi Birinci Rusiya kanalının Maksim Qalkinin “Лучше всех!” məşhur uşaq şousunda iştirak etmək üçün 3-12 yaşlı gənc istedadları seçməkdən ibarət olub.

Birinci mərhələdə bütün iştirakçılar video və özləri haqqında qısa məlumatları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə göndəriblər. Daha sonra seçim mərhələsi RUGİM-in direktoru Firuzə Sultan-zadə və Moskva şəhərindən dəvət olunan “Лучше всех!” proqramının redaktorları Ekaterina Tatarnikova və Anna Sharufutdin tərəfindən keçirilib.

“Лучше всех!” verlişinin redaktorları kastinqin RUGİM tərəfindən yüksək səviyyədə təşkilinin hazırlanmasını və Azərbaycanda istedadlı uşaqların olduğunu qeyd ediblər.

Müxtəlif yaradıcılıq mərkəzlərindən, məktəblərdən və məktəbəqədər müəssisələrdən 235 uşaq qeydiyyatdan keçib. Azərbaycanda seçilən 10 nəfər uşaq “Лучше всех!” proqramında iştirak etmək üçün Moskva şəhərinə göndəriləcəkdir.

Qeyd edək ki, martın 10-da seçilən uşaqlardan birinci qrup üzrə 3 nəfər – 12 yaşlı VI sinif şagirdi Mehdizadə Leyla (vokal), 11 yaşlı VI sinif şagirdi Abdullayev Əli (vokal), 10 yaşlı V sinif şagirdi Ağababayev Rəsul (spidkuber) «Лучше всех!» proqramında iştirak etmək üçün artiq Moskva şəhərindədir.

Azərbaycan Respublikasında kastinqin rəsmi təşkilatçısı Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir.

1news.az

Paylaş:
1054

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər