Turizmlə bağlı xüsusi plan işlənib hazırlanır

Azərbaycanda insanların yerlərdə turizm fəaliyyətinə cəlb olunması üçün xüsusi plan işlənib hazırlanır.
1news.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilməsi, nəzərdə tutulan insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzrə iş aparılır:
"Eyni zamanda fikirləşirik ki, onların marketinq işinə necə kömək edək? Yəqin ki, ən yaxın vaxtlarda bununla bağlı müvafiq addımların atıldığını görəcəksiniz. Hazırda bununla bağlı müzakirələr gedir".
Qafar Ağayev
678