Diqqət: Kolleclərə sənəd qəbulu bu gün başa çatır | 1news.az | Xəbərlər
Cəmiyyət

Diqqət: Kolleclərə sənəd qəbulu bu gün başa çatır

09:57 - 11 / 03 / 2020
Diqqət: Kolleclərə sənəd qəbulu bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, bu gün saat 09:10-a olan məlumata əsasən, 17 562 (Azərbaycan bölməsi - 17 019; rus bölməsi - 543) abituriyent ərizəsini təsdiq edib.

Qafar Ağayev

Paylaş:
673

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər