Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - VİDEO

23:24 - 11 / 03 / 2020
Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi - VİDEO

Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.

“Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”- deyə məlumatda vurğulanıb.

Bakı Aeroportunda eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.

1news.az

Paylaş:
1259

Son xəbərlər

Bütün xəbərlər