UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını təxirə saldı

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Məlumata əsasən, gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.
Bura martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.
Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.
S.Xankişiyeva
1085