Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

10:16 - 13 / 03 / 2020
Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

1news.az

Paylaş:
1097

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər