ÜST: Azərbaycan koronavirusa qarşı tədbirləri gücləndirib | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST: Azərbaycan koronavirusa qarşı tədbirləri gücləndirib

10:48 - 13 / 03 / 2020
ÜST: Azərbaycan koronavirusa qarşı tədbirləri gücləndirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda səfərdə olan missiyası ölkəmizin koronaviurusa (COVID-19) qarşı hazırlıq tədbirlərini gücləndirdiyini və bunu alqışladığını açıqlayıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, vəziyyətin öyrənilməsi məqsədilə ÜST-nin 5 nəfərdən ibarət olan ekspert qrupu martın 9-dan 13-dək Azərbaycanda səfərdə olublar.

ÜST ekspertləri bildiriblər ki, ölkədə koronavirusa yoluxma hallarının olduğu təsdiqlənib.

Hazırda ÜST COVID-19-a cavab planı hazırlamaq üçün milli cavabdeh qurumlarla işləyir.

ÜST qrupu zəruri səhiyyə xidmətləri və iş davamlılığı, milli sınaq laboratoriyalarına nəzarət strategiyası, xəstəxanaların hazırlığı, infeksiyanın qarşısının alınması və bu prosesə nəzarət, zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqların olmasını təmin etmək, məlumatı paylaşmaq, riskləri minimuma endirmək üçün tövsiyə olunan tədbirlər barədə məsləhət vermək və s. istiqamətlər üzrə iş aparır.

Qeyd edək ki, Azərbaycan ÜST-lə səmərəli əməkdaşlıq edir və koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir.

1news.az

Paylaş:
871

Son xəbərlər

Bütün xəbərlər