Daşınmaz əmlak bazarında son vəziyyət – Bahalaşma var, yoxsa ucuzlaşma? | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşınmaz əmlak bazarında son vəziyyət – Bahalaşma var, yoxsa ucuzlaşma?

11:26 - 13 / 03 / 2020
Daşınmaz əmlak bazarında son vəziyyət – Bahalaşma var, yoxsa ucuzlaşma?

“Fevral ayında təkrar mənzil bazarında qiymətlərdə 2,16 faiz artım olub. İlkin mənzil bazarında isə ay ərzində 3 faiz azalma olub, il ərizndə isə 0,26 faiz artım qeydə alınıb”.

Bunu 1news.az -a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.  O, bildirib ki, kirayə mənzil bazarında isə fevral ayı ərzində 6,82 faiz azalma olub:

“İl ərzində isə 1,09 azalma müşahidə olunub.Ümumən isə daşınmaz əmlak bazarında ay ərzində 0,24 faiz, il ərzində isə 3,92 artım qeydə olub”.

N.İbrahimov deyib ki, artım bazarın aktivləşməsi və mövsümlə əlaqədardı.

“2015-2016cı illərdə bazar ümumi olaraq aktivliyini tam itirmişdi, 2017-ci ilin sonlarından, 2018, 2019-cu illərdə insanlar tədricən bazara qayıtdılar. Son nəticədə biz bazarın aktivliyini müşahidə elədik, bu da qiymətlərin artımına səbəb oldu. Artıq yay ayları gəlir, adətən insanlar mənzil problemlərini yaz-yay aylarında həll etməyə çalışırlar.

Ekspert bildirib ki, kirayə mənzil bazarında aktivliyin azalması qiymətlərin ucuzlaşmasına səbəb olacaq.

“Aktivliyin azalması son baş verən hadisələrlıə bağlıdır. Daha çox qonşu ölkələrdən turistlər gəlirdi ölkəyə və bir də regionlardan gələn insanlar şəhərə gələnlər olurdu. Son baş verən hadisələrə görə kirayə mənzil bazarında tələbat azalıb. Bu da qiymətlərin azalmasına gətirib çıxaracaq”.

Qafar Ağayev

Paylaş:
1754

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər