Komitə sədri tibbi reklamları tənqid etdi: “Hamısı vətəndaşın ziyanına işləyir”

Bəzi verilişlərə, xüsusən şou proqramlara yenidən baxılmalıdır. Verilişə hansısa həkimi çıxardıb deyirlər ki, problemlərinizi həll edəcək.
1news.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, lazım gələrsə səhiyyə ilə bağlı reklamlara dair qanunvericiliyə dəyişiklik edilməlidir.
“Hansısa həkimi verilişə çıxarıb reklam edirlər. Bu düzgün deyil. Lazım gələrsə qanunvericiliyə dəyişiklik edilməlidir. Səhiyyə ilə bağlı, tibblə bağlı reklamlar mütləq Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəyi əsasında verilməlidir. Yoxsa bu reklamların hamısı vətəndaşın ziyanına işləyir. Həm onun cibinə ziyan gətirir, həm də sağlamlığına. Bir məsələ dəqiqdir ki, yaxşı həkimin reklama ehtiyacı yoxdur”- deyə, M.Quliyev qeyd edib.
1news.az