“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti dayandırır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti dayandırır

17:07 - 16 / 03 / 2020
“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti dayandırır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil.

Bunlar nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu 16 mart tarixindən müvəqqəti olaraq dayandırılır. 

Qeyd edək ki, beynəlxalq poçt göndərişlərinin “Azərpoçt” MMC tərəfindən qəbulu və göndərilməsi yalnız avianəqliyyat vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olununmağa başlayıb.

Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Operativ Qərargah: Market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq

S.Xankişiyeva

 

 

 

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər