AZAL: Türkiyədən daha 157 vətəndaşımız Azərbaycana qayıtdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL: Türkiyədən daha 157 vətəndaşımız Azərbaycana qayıtdı – FOTO

17:01 - 17 / 03 / 2020
AZAL: Türkiyədən daha 157 vətəndaşımız Azərbaycana qayıtdı – FOTO

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, bu reys ilə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılmışdır.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcəkdir.

Qeyd edək ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Azərbaycanın Macarıstandakı səfiri: Vətəndaşlarımızın ölkəyə qayıtmaları üçün hər cür səy göstərilir

S.Xankişiyeva

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər