Rafael Ağayev və İrina Zaretskanın Olimpiadada iştirakı rəsmiləşib | 1news.az | Xəbərlər
İdman

Rafael Ağayev və İrina Zaretskanın Olimpiadada iştirakı rəsmiləşib

09:09 - 19 / 03 / 2020
Rafael Ağayev və İrina Zaretskanın Olimpiadada iştirakı rəsmiləşib

Milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib.

Azərbaycan Karate Federasiyasından 1news.az-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev -75 kq çəkidə, İ.Zaretska isə +61 kq çəki dərəcəsində yarışacaq.

Rafael Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır. 

İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin olimpiya lisenziyası qazanması 26-28 iyunda Parisdə xüsusi təsnifat turnirində məlum olacaq. 

Qafar Ağayev

Paylaş:
510

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər