Yeni Galaxy Z Flip – Samsung-un təqdim etdiyi, inanılmaz “qatlanan” smartfon – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Galaxy Z Flip – Samsung-un təqdim etdiyi, inanılmaz “qatlanan” smartfon – FOTO

11:00 - 20 / 03 / 2020
Yeni Galaxy Z Flip – Samsung-un təqdim etdiyi, inanılmaz “qatlanan” smartfon – FOTO

"Bükülən" Galaxy Fold-un ictimaiyyətə təqdim edilməsi, qatlanan smartfonların yaxın gələcəkdə hansı səmtdə inkişaf edəcəyi barədə müəyyən bir fikir formalaşdırmağa imkan yaratdı.

Lakin, Galaxy Z Flip dünyaya tanıdılandan sonra bir daha əmin olduq ki, Samsung innovasiyaları bizi hələ də təəccübləndirməyə qadirdir. Belə ki, smartfonun səciyyələndirdiyi yeni qatlanan cihaz xətti, hətta ilk baxışdan belə əvvəlki modellərdən fərqlənir, buna misal olaraq Galaxy Fold şaquli “bağlandığı” halda, Z Flip üfüqi “bükülür”. Həmçinin, indi smartfon toz və kir hissəciklərininin işlək mexanizmə daxil olmasının qarşısını alan xüsusi neylon liflərdən ibarət oynaqla təchiz edilmişdir.

Yeni smartfon ideal ölçülərə malikdir və yığcamdır, qatlandıqda isə rahatlıqla cibinizə və ya ovucunuza yerləşə bilir. Qatlanan panel, 21: 9 nisbətində, Full HD + icazəli və HDR10 + texnologiyasını dəstəkləyən 6.7” Dinamik AMOLED ekran ilə təchiz olunmuşdur. Galaxy Z Flip –in əyilgən, sərhədsiz ekranı, canlı rənglərlə ifadə edilən məzmundan zövq almanız üçün yaradılmışdır. Sözü gedən bu displey, zərərli şüa miqdarını minimallaşdıraraq, gözlərə tətbiq olunan təzyiqi azaldır. Həmçinin, yeganə “oyuğu” 10 MP-lik ön kamera üçün nəzərdə tutulmuş ekranın, kiçik ölçülü çərçivələri sayəsində displey üzərində baş verənlərin ab-havasına rahatlıqla dalmağa imkanı yaradır.   Əlavə olaraq, Galaxy Z Flip geniş və baxış bucağı  123 dərəcə təşkil edən ultrageniş obyektivlə təmsil olunan ikili modullu əsas kamera ilə təchiz edilmişdir. Hər iki kamera 12 MP icazəyə malik olub, fərqli apertura ilə ifadə olunmuşdurlar. Belə ki, geniş bucaqlı sensor - f / 1.8, OIS, ultra geniş bucaqlı isə - f / 2.2 işıq gücünə sahibdir.

Sözü gedən kameralar, Hands-free, Night Camera və Quick Selfie kimi bir neçə rejimdə məzmun çəkməyə imkan verir. Adından da göründüyü kimi, Hands-free kamera rejimi smartfonu əlinizdə tutmadan selfie çəkməyə və video zəng vasitəsi ilə əlaqə yaratmağa kömək edir. Belə ki, sadəcə smartfonunuzu hər hansı bir səthə yarı açıq halda qoyaraq, ünsiyyət azadlığından zövq ala biləcəksiniz. Gecə çəkilişi rejimi isə yalnız günün işıqlı vaxtında deyil, həm də gecə vaxtı yüksək keyfiyyətli şəkillər çəkməyə kömək edir. Beləliklə, avtomatik olaraq eyni anda bir neçə şəkil qeydə alan smartfon onları mükəmməl bir təsvirdə birləşdirərək, sizə ideal nəticə təqdim edir. Həmçinin, burada siz Night Giperlaps və ştativ rolunu oynayan xüsusi ekran fiksasiya mexanizminin köməyi ilə gecə çəkilişini yenidən kəşf edə biləcəksiniz.

Smartfonun təchiz edildiyi xüsusi kiçik "ekran" sayəsində  isə siz Quick Selfie rejimindən də yararlana bilərsiniz. Beləliklə, diaqonalı 1,1”  təşkil edən “kiçik” ekran sayəsində, siz əsas kamera ilə çəkilmiş selfie-lərin nəticəsini real zaman çərçivəsində görə bilərsiniz. 300 x 112 piksel icazəsi olan Super AMOLED ekran sadəcə mükəmməl selfie yaratmaq üçün əla köməkçi deyil, həm də üzərində tələb olunan məlumatı əks etdirən lövhədir. Burada, hətta smartfon “qatlandıqda” belə, bildirişlər "mini ekran" üzərində qeyd olunur. Belə ki, sözü gedən displey vasitəsi ilə enerji sərfiyyatına qənaət edərək, smartfonu açmadan zəngləri qəbul etmək, hazır mesajlar vasitəsi ilə isə ismarıcları cavablandırmaq mümkündür.

Enerji sərfiyyatından söz açmışkən, qeyd etmək lazımdır ki, enerji istifadəsinin tənzimlənməsi süni zəka tərəfindən icra edilən smartfonda, 3300 mAh tutumlu batareya quraşdırılmışdır.

Smartfon eyni anda birdən çox proqramı işə salmağa və istənilən sayda video çəkməyə imkan yaradan, sürətli və axarı işləmə prosesini təmin edən 8 QB operativ və 256 daxili yaddaş ilə təchiz edilmişdir. Qeyd edək ki, Z Flip bir neçə proqramdan eyni anda yararlanmaq üçün ideal smartfondur, belə ki,  xüsusi "qatlanan" konstruksiyası sayəsində siz həm dostlarınızla mesajlaşa, həm də sevdiyiniz filmdən zövq ala bilərsiniz.

Galaxy Z Flip, hətta ən tələbkar istifadəçiləri belə təəccübləndirməyə qadir olan,  güclü içlikli və inanılmaz dizaynı orijinal bir smartfondur. Qeyd edək ki, "qatlanan" smartfon artıq Azərbaycan bazarında da mövcuddur və qiyməti 3,499 AZN təşkil edir.

Galaxy Z Flip haqqında ətraflı məlumat üçün Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
1481

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər