Kafe, restoran, çayxanalar üçün yeni iş rejimi: saat 09:00-dan 15:00-dək – RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Kafe, restoran, çayxanalar üçün yeni iş rejimi: saat 09:00-dan 15:00-dək – RƏSMİ

19:34 - 21 / 03 / 2020
Kafe, restoran, çayxanalar üçün yeni iş rejimi: saat 09:00-dan 15:00-dək – RƏSMİ

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahından 1news.az-a verilən məlumata əsasən, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09:00-dan 15:00-dək müəyyən edilir.

İctimai iaşə müəssisələri saat 21:00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.

Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

S.Xankişiyeva

 

Paylaş:
1555

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər