Sinoptiklər yaz havası vəd edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklər yaz havası vəd edirlər

13:10 - 22 / 03 / 2020
Sinoptiklər yaz havası vəd edirlər

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif  duman olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz  55-65 % olacaq.

Martın 23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

S.Xankişiyeva

 

Paylaş:
470

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər