Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

11:56 - 23 / 03 / 2020
Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

1news.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

1news.az

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər