Bu ərazilərdə icbari tibbi sığortanın tətbiq vaxtı dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə icbari tibbi sığortanın tətbiq vaxtı dəyişdirildi

20:40 - 26 / 03 / 2020
Bu ərazilərdə icbari tibbi sığortanın tətbiq vaxtı dəyişdirildi

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edilib.

1news.az-ın məlumatına görə, Nazirlər Kabinetinin yeni qərarına əsasən, aprel – iyun aylarında Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın müddəti dəyişdirilib.

Bu ərazilərlə icbari tibbi sığortanın tətbiqi iyul – sentyabr aylarına təxirə salınıb.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər