Qaradağda avtomobil aşdı: İki qardaş öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda avtomobil aşdı: İki qardaş öldü

13:55 - 01 / 04 / 2020
Qaradağda avtomobil aşdı: İki qardaş öldü

Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, martın 31-də saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər