Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kredit veriləcək - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1news.az Azərbaycan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki,, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.
Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.
1news.az
760