COVID-19-la mübarizəyə cəlb edilən könüllülərə aylıq 250 manat məbləğində mükafat ödəniləcək – RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

COVID-19-la mübarizəyə cəlb edilən könüllülərə aylıq 250 manat məbləğində mükafat ödəniləcək – RƏSMİ

21:08 - 01 / 04 / 2020
COVID-19-la mübarizəyə cəlb edilən könüllülərə aylıq 250 manat məbləğində mükafat ödəniləcək – RƏSMİ

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” sərəncam verib.

1news.az-ın verdiyi xəbərə görə, sərəncama əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsini təmin etmək məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl və təsərrüfathesablı tibb müəssisələri işçilərinə dövlət tibb müəssisələrində çalışan müvafiq vəzifəyə və staja malik işçilər üçün “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli qərarı ilə  müəyyən edilmiş məbləğlərdə 2020-ci il aprelin 1-dən müddətli əlavə ödəniləcək.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il aprelin 1-dən aylıq 250 manat məbləğində mükafat ödəniləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə  Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
1309

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər