Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib

12:21 - 01 / 04 / 2020
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Martın 31-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclası komitə sədri Musa Quliyev aparıb.

Tədbirə komitənin deputatları ilə yanaşı Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qafar Ağayev

Paylaş:
505

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər