Cisco WebEx səmərəli məsafədən iş təşkil edir

Cisco WebEx veb-konfransları işçilərə təlim keçməyə, şirkətin yeni məhsulunu nümayiş etdirməyə və təlim videolarını yaratmağa kömək edəcəkdir.
Bütün dünyada məlum olan hallarla əlaqədar olaraq məsafədən işləyən işçilərin sayının görünməmiş artımı müşahidə olunur. Məsafədən iş – Azərbaycanı anidən yaxalamış bütün sahələrdə yeni bir tendensiyadır. Virus epidemiyası bir çox biznes layihələrini əməkdaşlarını komanda ilə, tərəfdaşlar və müştərilərlə məsafədən işləməyə keçirməyə məcbur etdi. İş qabiliyyətini qoruyub saxlamaq üçün rəhbərlər öz şirkətlərinin işini yenidən planlaşdırmalıdırlar. Məhz indi yaxın gələcəkdə işləyəcək yeni reallıq formalaşır.
Rəqəmsal inqilab ofisin infrastruktura giriş nöqtəsi olaraq dəyərini minimuma endirdi. Bulud texnologiyalar və mobil internet əməkdaşlara evdə qalaraq komanda ilə səmərəli iş təşkil etməyə imkan verirlər. Video-konfrans vasitəsilə əlaqə çətin vəziyyətləri komanda ilə birlikdə məsafədən həll etməyə imkan verir.
Cisco WebEx veb-konfrans nədir?
Cisco WebEx — bu sənədlər üzərində audio, video rabitə və birgə iş alətləri ilə online konfrans və görüşlər üçün bulud xidmətləridi.
Müasir biznes kommunikasiyaların sürətini, sadəliyini, rabitənin keyfiyyətini və təşkilati proseslərə xərclərin minimuma endirilməsini tələb edir. Cisco-nun birgə işləməsi üçün qərar bu çağırışı qəbul etməyə kömək edəcək, rahat texnologiyalar isə informasiya mühitində kommunikasiyanı daha çevik etməyə, şirkəti yeni səviyyəyə yüksəltməyə imkan verəcək.
Cisco WebEx xidmətləri hansı məsələləri həll etməyə kömək edəcəklər:
- ərazilər üzrə paylanmış həmkarlar, müştərilər və tərəfdaşlar üçün təlimlərin və beyin fırtınalarının həyata keçirilməsi;
- böyük auditoriya üçün vebinarların və tədris mühazirələrinin keçirilməsi;
- yeni məhsulların və istənilən mürəkkəblikdə olan proqram həllərinin məsafədən nümayişinin həyata keçirilməsi;
- xidmət göstərən mütəxəssislərdən məsafədə olan istifadəçilərə dəstəyin göstərilməsi;
- konfrans zamanı baş verənlərin hamısını yazmaq imkanı hesabına mükəmməl təlim vidoçarxların yaradılması.
Yeni texnologiyaların tətbiqinin əsas üstünlükləri:
- Cisco unifikasiya edilmiş kommunikasiyalar səs və video rabitə əlavələrini, həmçinin mobil rabitəni birləşdirməyə imkan verir;
- Bir şirkətə təqdim edilmiş 100 virtual otaq, eyni zamanda 100 paralel sessiya həyata keçirməyə imkan verir;
- Windows, Android, iOS cihazlarında tətbiq etmə imkanı;
- İş masasına, klaviatura və siçana, MS Office sənədlərinə və digər əlavələrə birgə giriş imkanı;
- Çat və ani mesaj mübadiləsi imkanı.
Bu linkdən keçid edərək xidmətin 90 günlük pulsuz versiyasını sifariş edə bilərsiz.
Ayda 200 mln aktiv istifadəçi artıq Cisco WebEx seçib.
Material Abris Distribution şirkətinin Özbəkistanda baş tərəfdaşı, Mərkəzi Asiyada və Qafqaz ölkələrində 20 ildən artıq müddətdə İT məhsul və həllərin təqdim edilməsi sahəsində aparıcı şirkətlərdən biri olan Gulfstream Distribution-un dəstəyi ilə hazırlanıb.
Sayt: Gulfstream.az
E-mail: [email protected]
Reklam hüququnda