Agentliyin səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Agentliyin səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN

16:07 - 08 / 04 / 2020
Agentliyin səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanla Agentliyin vəzifələrində dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Agentliyə nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq səlahiyyəti verilir, eyni zamanda qurum bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak edəcək.

Bundan başqa, Agentlik nüvə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirmək, onların səmərəliliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparacaq.

Həmçinin Agentlik öz səlahiyyətləri daxilində ölkədə fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılması barədə qərar qəbul edəcək.

1news.az

Paylaş:
500

Son xəbərlər

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39
Bütün xəbərlər