İbrahim Məmmədov: Bu gün Azərbaycanda 56 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İbrahim Məmmədov: Bu gün Azərbaycanda 56 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb

17:14 - 15 / 04 / 2020
İbrahim Məmmədov: Bu gün Azərbaycanda 56 nəfər koronavirusa yoluxub, 53 nəfər sağalıb

“Aprelin 12-nə qədər neqativ fasiləsiz tendensiya müşhadiə olunurdu. Amma aprelin 12-də ilk dəfə sağalmanın sürəti bir gün ərzində yoluxma sayını üstələdi. Bununla da biz fasiləsiz neqativ tendensiya dövrünü başa vurduq”.

1news.az xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında Nazirlər kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

“Bəlkə də bu barədə demək tezdir, amma bu pozitiv hadisə olduğuna görə bunu qeyd eləmək xüsusilə vacibdir. Bundan sonra təbii ki, pozitiv məlumatla neqativ məlumat bir birini əvəzləməyə başladı. 13-də yenə yoluxma sağalmanı üstələdi. 14-də yenə pozitiv tendensiya müşahidə etdik. Bu gün aprelin 15-də 56 nəfər yoluxma var, 53 nəfər sağalma var. Demək olar ki, sabitləşmə müşahidə olunur".

Qafar Ağayev

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər