Aprel ayı üzrə bütün pensiyaların ödənişi başa çatdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aprel ayı üzrə bütün pensiyaların ödənişi başa çatdı

19:00 - 15 / 04 / 2020
Aprel ayı üzrə bütün pensiyaların ödənişi başa çatdı

Aprelin 8-10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının ödənişi aparılıb.

Bu gün isə respublikanın digər şəhər və rayonları, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyalar bank hesablarına köçürüldü.

1news.az-ın verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, pensiyaçıların yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq.

Qeyd edək ki, xüsusi karantin rejiminin tətbiqi şəraitində sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi və bankomatlar qarşısında vətəndaş sıxlığının qarşısının alınması üçün pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişi qrafikində dəyişiklik edilmişdi.

Yeni qrafikdə nəzərdə tutulan günlərdə də aprel ayının pensiyalarının ödənişi təmin olundu.

Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək.

S.Xankişiyeva

 

Paylaş:
1063

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər