BRAVO-dan xeyirxah addım: 10 min tənha yaşlıya ərzaq yardımı etdi – FOTO

BRAVO marketlər şəbəkəsi ölkəmizdə yaşlı nəsilə diqqət və qayğı göstərilməsi kimi milli-mənəvi dəyərləri əsas tutaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial layihəyə qoşulub.
Sosial məsuliyyət prinsipinə sadiqliyini göstərərək, BRAVO marketlər şəbəkəsi yaşı 65-dən yuxarı olan tənha yaşlıları ərzaq məhsulları ilə təmin etməklə onlara yardım göstərib. Belə ki, bitki yağı, un, düyü, makaron, mal ətindən konservlər, kolbasa və sosislər, çay, kartof, soğan və bu kimi təməl qida məhsullarından ibarət 10,000-dən artıq ərzaq paketləri şirkət tərəfindən hazırlanaraq ölkə ərazisində ehtiyacı olan ahıl şəxslərə çatdırılıb.
Bu təşəbbüsün əsas məqsədi pandemiyadan qorunmaları məqsədilə evdən çıxmaları qadağan edilən yaşlı insanların gündəlik ərzaq malları üçün evdən çıxmaq ehtiyacını aradan qaldırmaq, onların rifahını təmin etmək və hazırki dönəmdə #evdəqal çağırışına dəstək göstərməkdir.
Qeyd edək ki, ayın sonunadək BRAVO marketlər şəbəkəsi daha bir neçə sosial yönümlü layihənin həyata keçirilməsini planlaşdırır.