Deputat: “Dünyanın ən nüfuzlu mediaları İlham Əliyevin koronavirusla mübarizə sahəsində atdığı addımlardan yazır”

“Dünyanın həm iqtisadi, həm də tibb sahəsində inkişaf etmiş ölkələrində koronavirusla bağlı vəziyyət o qədər də ürəkaçan deyil. İstər ABŞ, istər Avropanın qabaqcıl dövlətləri koronavirus pandemiyasına qarşı çox aciz bir durumda qalıb”.
Bunu 1news.az Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputatın sözlərinə görə, bəzi ölkələr var ki, onlar önləciyici tədbirlər görməklə və vaxtında atılmış addımlar nəticəsində bu baxımdan daha sabit ölkələr sırasındadılar:
“Çox şükürlər olsun ki, Azərbaycan da bu ölkələr sırasındadır. Ölkə başçısının tapşırığı ilə Azərbaycanda önləmə tədbirləri görülüb".
C.Osmanov bildirib ki, koronavirus pandemiyası enerji və səhm bazarlarına çox ciddi təsir göstərir:
“Azərbaycan da dünyanın bir parçasıdır, dünyada baş verən bütün qlobal məsələlər ölkəmizə də təsir edir. Ona görə də ölkəmizdə xüsusən karantin rejimləri yumşaq formadan daha sərt formaya gətirilməsi ilə bağlı qərar verilib. Amma eyni zamanda dünyada baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına az təsirli ötüşməsi səbəbilə cənab Prezidentimizin tapşırığı ilə 4 işçi qrupu yaradıldı. Bu işçi qruplarının yaradılmasında məqsəd ehtimal olunan zərərin aradan qaldırılması, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun genişləndirilməsi, o cümlədən Azərbaycan vətəndaşının sağlam qalmasını təmin etmək idi.
Cənab Prezidentimiz koronavirus pandemiyası ərəfəsində ötən müddətlər ərzində Azərbaycan vətəndaşının sağlam və salamat qalması məqsədini qarşıya qoydu, bundan başqa ölkə iqtisadiyyatının da daha az zərərlə çıxması qarşıya məqsəd kimi qoyuldu. İşçi qrupları təkliflərini hazırlayarkən 1 milyard manat nəzərdə tutulmuşdu, ancaq cənab Prezidentimizin tapşırığı əsasında bu məbləğ 2,5 milyard manata çatdırıldı”.
Ölkəmizdə minlərlə yeni ictimai iş yerlərinin açılmasına diqqət çəkən deputat yaxın zamanda yeni iş yerlərinin sayının 90 minə çatdırılacağını söyləyib:
“DOST mərkəzləri və məşğulluq mərkəzlərinin vasitəsilə 40 minə yaxın iş yerləri var idi. Cənab Prezidentimizin müşavirədə bildirdi ki, bu işçilərin sayı 50 min nəfər artırılaraq 90 minə çatdırılmalıdır. Bu sahədə də ciddi irəliləyişlər var”.
Cavid Osmanov əvvəl dünyada olduğu kimi Azərbaycanda da tibbi maska qıtlığı müşahidə olunduğunu, lakin çox qısa vaxt ərzində bu problemin aradan qaldırıldığını bildirib:
“Heç bir ölkə buna hazırlıqlı vəziyyətdə deyildi. Amma cənab Prezidentimizin tapşırığı əsasında cəmi 7-8 gün ərzində Sumqayıtda maska istehsalı müəssisəsinin açılışı oldu. Cənab Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım da həmin müəssisənin açılışında iştirak etdi. Bu müəssisə, ölkəmizdə maska və gigiyenik vasitələrin qıtlığını aradan qaldırılması ilə bərabər postkoronavirus dövründə də maska istehsal edib xarici dövlətlərə satışını da həyata keçirəcək. Bu da öz növbəsində yeni iş yerinin yaradılmasına səbəb oldu”.
Millət vəkili bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirlərinin ən effektiv tədbirlər kimi dünya ölkələri tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb:
“Dünyanın çox ölkələri Prezident İlham Əliyevin rəhbərliyində atılan addımları addımların effektliliyini görərək bu tədbirləri tətbiq etməyə başlayıblar. Dünyanın ən inkişaf etmiş ölkələrinin mediasında cənab İlham Əliyevin atdığı koronavirusla mübarizə sahəsində atdığı addımlar, müəyyən elədiyi tədbirlər dünya mediasının gündəmindədir. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycan Dövlətinin koronavirusla mübarizədə çox effektiv tədbirlər həyata keçirdiyini dəfələrlə vurğulayıb. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti üçün ən önəmli məsələ vətəndaşların sağlamlığıdır”.
Qafar Ağayev