“Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir” – Prezidentə məktub

12:29 - 24 / 04 / 2020
“Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir” – Prezidentə məktub

“Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Bakı sakini, 4 qat dünya və 4 qat Avropa çempionu Zaur Cəfərovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Sizə nə qədər təşəkkür etsək, nə qədər öz dərin minnətdarlığımızı bildirsək azdir. Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayit Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, telekanallarda izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun”.

1news.az

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər