Əmanətlərin tam sığortalanması müddəti uzadılıb - Qanun | 1news.az | Xəbərlər
Rəsmi

Əmanətlərin tam sığortalanması müddəti uzadılıb - Qanun

17:10 - 25 / 04 / 2020
Əmanətlərin tam sığortalanması müddəti uzadılıb - Qanun

Prezident İlham Əliyev "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu" imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sənəddə Qanunun 3-cü maddəsində dəyişiklik olunub. Dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb.

Qeyd edək ki, əmanətlərin tam sığortalanması bu il martın 4-dək olan müddəti əhatə edirdi.

1news.az

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər