Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır

12:40 - 27 / 04 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 minədək insan yoluxub, təxminən 3,7 min nəfər də bu virusun qurbanı olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan "Worldometer" bu barədə məlumat yayıb.

26 aprel tarixli statistikaya görə, dünyada 2 993 262 nəfər yeni növ koronavirusa yoluxub, 206 915 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 73 858 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3751 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 276 808 yoluxma və 121 885 ölüm. Sutka ərzində burada yoluxanların sayı 24 311, ölənlərin sayı isə 1767 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 1 064 603 nəfər təşkil edir, indiyədək 59 955 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət o dərəcədə də sərt deyil - 137 920 yoluxma və 6289 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 472 267 yoluxma, 17 243 ölüm faktı qeydə alınıb.

Bu günədək dünyada 877 411 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır - 987 160 nəfər. Onun ardınca İspaniya (226 629), İtaliya (197 675), Fransa (162 100), Almaniya (157 770) və Böyük Britaniya (152 840) gəlir.

1news.az

Paylaş:
518

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər