Futbolda ən çox nifrət edilən 30 şəxs – SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Futbolda ən çox nifrət edilən 30 şəxs – SİYAHI

16:34 - 29 / 04 / 2020
Futbolda ən çox nifrət edilən 30 şəxs – SİYAHI

FourFourTwo saytı futbol dünyasında ən çox nifrət edilən şəxslərin siyahısını tərtib edib.

1news.az qol.az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində FİFA-nın sabiq prezidenti Yozef Blatter qərarlaşıb. "Tottenhem"in baş məşqçisi Joze Mourinyo 2-ci, Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer 3-cü olub.

Beləliklə, dünya futbolunda ən nifrət edilən şəxslərin “TOP-30”u təqdim edirik:

  1. Yozef Blatter (FİFA-nın sabiq prezidenti)
  2. Joze Mourinyo ("Tottenhem"in baş məşqçisi)
  3. Harald Şumaxer (Almaniya millisinin sabiq qapıçısı)
  4. Mişel Platini (UEFA-ın sabiq prezidenti)
  5. Riçard Kiz (ingilis şərhçisi)
  6. Kriştianu Ronaldu ("Yuventus")
  7. Luçano Modji ("Yuventus"un sabiq baş direktoru)
  8. El-Hadji Diuf ("Liverpul"un sabiq oyunçusu)
  9. Pit Vinkelman ("Uimbldon"un sabiq sahibi)
  10. Con Terri ("Çelsinin" sabiq oyunçusu)
  11. Bernar Tapi ("Marsel"in sabiq prezidenti)
  12. Karl Oyston ("Blekpul"un sabiq sahibi)
  13. Dieqo Maradona ("Napoli"nin sabiq oyunçusu)
  14. Coui Barton ("Flitvuda"nın baş məşqçisi)
  15. Ken Beyts ("Çelsi" və "Lids"in sabiq sahibi)
  16. Luis Suares ("Barselona")
  17. Mayk Eşli ("Nyukasl"ın sahibi)
  18. Dieqo Kosta ("Atletiko")
  19. Eşli Koul ("Çelsinin" sabiq oyunçusu)
  20. Paolo Di Kanio ("Yuventus" və "Milan"ın sabiq oyunçusu)
  21. Yon Andoni Qoykoeçea ("Atletik"in sabiq oyunçusu)
  22. Qrem Suness ("Liverpul"un sabiq oyunçusu)
  23. Riçard Skadamor (İngiltərə  Premyer Liqasının keçmiş icraçı direktoru)
  24. Kevin Muskat ("Vulverhempton"un sabiq oyunçusu)
  25. Roman Abramoviç ("Çelsi" sahibi)
  26. Dennis Uayz ("Çelsi"nin sabiq oyunçusu)
  27. Silvio Berluskoni ("Milan"ın sabiq sahibi)
  28. Co Kinneyr ("Nyukasl"ın keçmiş  idman direktoru)
  29. Mayk Din (ingilis arbitri)
  30. Aleks Fergüsson ("Mançester Yunayted"in sabiq baş məşqçisi).

1news.az

Paylaş:
776

Son xəbərlər

Bütün xəbərlər