Daha 806 sürücü karantin qaydalarını pozduğuna görə cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 806 sürücü karantin qaydalarını pozduğuna görə cərimələndi

10:35 - 29 / 04 / 2020
Daha 806 sürücü karantin qaydalarını pozduğuna görə cərimələndi

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-a veril'n məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qafar Ağayev

 
Paylaş:
534

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər