COVID-19-un müalicəsi üçün hazırlanmış yeni dərman ilk sınaqlardan uğurla keçdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

COVID-19-un müalicəsi üçün hazırlanmış yeni dərman ilk sınaqlardan uğurla keçdi – FOTO – VİDEO

18:24 - 30 / 04 / 2020
COVID-19-un müalicəsi üçün hazırlanmış yeni dərman ilk sınaqlardan uğurla keçdi – FOTO – VİDEO

Amerikanın “Gilead Sciences” əczaçılıq şirkəti çərşənbə günü, aprelin 29-da COVID-19-la bağlı virusa qarşı eksperimental dərmanını – remdesivirin müsbət test nəticələrini açıqlayıb.

Reuters agentliyinin əczaçılıq şirkətinin məlumatlarına istinadən verdiyi məlumata görə, yeni preparat virusa yoluxmuş, lakin sonradan müalicə alanlarla müqayisədə, dərmanı xəstəliyin erkən mərhələsində qəbul edənlərdə simptomların yüngülləşməsinə kömək edib.

Qeyd olunur ki, klinik sınaqlarda COVID-19 olan 397 xəstə iştirak edib. Xəstələrin ən azı 50%-nin vəziyyəti remdesivir qəbul etdikdən beş gün sonra yaxşılaşıb və xəstələrin yarısından çoxu iki həftə ərzində xəstəxanalardan evə buraxılıb.

“Araşdırmalarımız bəzi xəstələrin beş gün ərzində müalicə olunmasının mümkünlüyünü nümayiş etdirir. Bu da mövcud xəstə ehtiyatlarımızla müalicə oluna biləcək xəstələrin sayını əhəmiyyətli dərəcədə artırma imkanı verir. Pandemiyada bu xüsusilə vacibdir, çünki bu, xəstəxanalara təcili yardıma ehtiyacı olan çoxlu sayda xəstənin öhdəsindən gəlməyə kömək edə bilər”, – bunu Gilead-in baş tibb işçisi Merdad Parsi söyləyib.

Reuters xəbər verir ki, Ağ Evin işçi qrupunun yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, həkim Entoni Fauçi bu nəticələri "son dərəcə əhəmiyyətli" adlandırıb və “Gilead Sciences” şirkətinin  remdesivir eksperimental dərmanını COVID-19-un müalicəsində standart olacağını söyləyib:

"Bu, həqiqətən çox vacibdir”, - deyən Fauçi preparatı 1986-cı il hadisəsi, həkimlərin ilk dəfə HİV infeksiyasına qarşı müalicə dərmanı ilə müqayisə edib. Bununla birlikdə, remdesivirin istifadəsinə icazə almadan əvvəl, klinik araşdırmalardan əldə edilən son məlumatları diqqətlə təhlil etmək lazım olduğunu da xəbərdar edib.

Fotoda: həkim Entoni Fauçi

ABŞ prezidenti Donald Trump, remdesivir eksperimental dərmanını koronavirusun müalicəsində təsirli ola biləcəyi barədə xəbərləri yaxşı başlanğıc adlandıraraq müsbət reaksiya verdi.

O, Qidaların və Dərmanların Keyfiyyətə Nəzarət İdarəsinə (FDA) remdesivirin ən qısa müddətdə xəstələrə əlçatan olmasına icazə verilməsini qeyd edib.

Voice of America xəbər verir ki, keçmiş FDA direktoru Skott Hottlib Tvitter hesabında dərmanı təcili vəziyyətdə istifadəsini təsdiqləmək üçün kifayət qədər məlumatlar olduğunu yazıb.

Əvvəlcə remdesivir antivirus dərmanı Ebola xəstəliyini müalicəsi üçün yaradılıb, lakin digər xəstəliklərlə mübarizədə daha təsirli olduğu da ortaya çıxdı. BBC-nin məlumatına görə, heyvanlar üzərində aparılan testlər zamanı digər təhlükəli koronavirusları (Yaxın Şərq tənəffüs sindromu və SARS) mükəmməl şəkildə müalicə etdiyi də məlum oldu. Bu, alimlərə COVID-19-a qarşı təsirli olacağına ümid verib.

Nəşr, həmçinin əvvəllər Çində keçirilən sınaqlarda remdesivir dərmanının uğursuz olduğunu qeyd edib. BBC-nin materilalında isə, sınaqlarda remdesivirin uğursuzluğu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən sənədin təsadüfən dərc olunmasından sonra məlum olub. Gilead şirkəti, öz növbəsində, ÜST-ün sənədinin araşdırmanın nəticələrini təhrif etdiyini söylədi. Əczaçılıq şirkəti nümayəndəsinin sözlərinə görə, iştirakçıların az olması səbəbindən testlər vaxtından əvvəl dayandırılıb, buna görə də nəticələr statistik cəhətdən əhəmiyyətli olmayıb.

BBC-nin məlumatına görə, indi dünyada 150-dən çox antikoronavirus dərmanı hazırlanır. Onların əksəriyyəti artıq mövcud olan dərmanlardır və alimlər yeni koronavirusa təsir edə biləcəyini müəyyənləşdirirlər.

Tədqiqat əsas üç istiqamətdə aparılır:

- Virusun orqanizmdə çoxalma qabiliyyətinə təsir edən antivirus dərmanlar.

- İmmun sistemini sabitləşdirə bilən dərmanlar. İmmun sistemi virusa həddindən artıq reaksiya verdikdə və bununla da bədənə zərər verdikdə xəstənin vəziyyəti ciddi şəkildə pisləşir.

- Ya xəstələrin qanından alınan və ya laboratoriyada yaradılan virusla mübarizə apara bilən antikorlar.

30 aprel tarixinə ola məlumata əsasən, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 3 milyonu ötüb. Bunların üçdə biri ABŞ-ın payına düşür ki, burada COVID-19-dan ən çox ölüm halları baş verib. Dünyada 1 milyona yaxın insan artıq xəstəliyə qalib gəlib.

Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO

Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

AZAL bu günədək 9 000-dən çox Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulu: Demək olar ki, bütün konsulluq əməkdaşları mənimlə birlikdə aeroportdadırlar

Türkiyə də koronavirusa yoluxan ölkələr sırasına qoşuldu  

Səyahət zamanı koronavirusdan necə qorunmalı: bunu hər kəs bilməlidir – FOTO – VİDEO

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2117

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər