Məşhur futbolçunun 95 yaşlı nənəsi koronavirusa qalib gəldi | 1news.az | Xəbərlər
Futbol

Məşhur futbolçunun 95 yaşlı nənəsi koronavirusa qalib gəldi

17:57 - 01 / 05 / 2020
Məşhur futbolçunun 95 yaşlı nənəsi koronavirusa qalib gəldi

"Monako"nun futbolçusu Sesk Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəlib.

1news.az goal.az-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi İnstagram səhifəsində məlumat paylaşıb:

"Mənim nənəm-super qəhrəman 95 yaşında koronavirusa qalib gəldi. Təbii ki, o, bizim üçün həyatlarını fəda edən tibbi işçiləri və həkimlərin köməyi olmadan bunu bacara bilməzdi. Onların hamısına təşəkkür edirəm".

1news.az

Paylaş:
1022

Son xəbərlər

Bütün xəbərlər