Pandemiyanın dərmanı – oxumaq: Kitab biznesi karantin dövrünü necə keçirir? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiyanın dərmanı – oxumaq: Kitab biznesi karantin dövrünü necə keçirir? – FOTO

20:00 - 01 / 05 / 2020
Pandemiyanın dərmanı – oxumaq: Kitab biznesi karantin dövrünü necə keçirir? – FOTO

Koronavirus epidemiyası kitab mağazalarından da yan keçmədi: sevimli əsərlərlə dolu olan rəflər müvəqqəti olaraq tozla örtüldü.

Aprelin 27-dən karantin rejiminin yumşaldılmasıdan sonra kitab satışı bərpa olunsa da, bu sahənin nümayəndələri ilə əlaqə saxladıq və onlar bizə dəyən zərərdən, ümumi vəziyyətdən və dəyişiklikdən danışdılar. Eyni zamanda oxucularımıza bir neçə kitab tövsiyə etdilər ki, onların fikrincə, bu, nəinki vaxt keçirməyə kömək edəcək, həm də belə çətin dövrdə müəyyən qədər motivasiya verəcəkdir.

Nigar Köçərli - Ali & Nino kitab mağazalar şəbəkəsinin təsisçisi:

“İlk mağazamız 18 il əvvəl Fəvvarələr Meydanında açıldı. Bu günə qədər eyni ünvanda yerləşir. Ümumilikdə yeddi kitab mağazamız var, eyni zamanda sayt və Instagram - onlayn satış üçün bir platformadır. Pandemiya, demək olar ki, biznesin və ümumilikdə həyatın bütün sahələrinə eyni dərəcədə mənfi təsir göstərdi.

İlk növbədə, hamı evdə oturduğu üçün əhalinin alıcılıq qabiliyyəti azaldı. İkincisi, kitabların satışına ilk olaraq sərhədlərin bağlanması səbəbindən ziyan dəydi. Axı, əvvəllər həftəlik Rusiya, Türkiyə və İngiltərədən yüzlərlə və minlərlə yeni kitab gətirirdik.

80 nəfərlik komandamız vəziyyətə yaxşı uyğunlaşa bildi. Əməkdaşların ümumi sayından 20 nəfər işə çıxırdı. İşçilərdən bəziləri şəhərətrafına köçsələr də, buna baxmayaraq davamlı olaraq onlayn işləməyə davam etdilər.

Hesab edirəm ki, bu ay hamımıza böyük təcrübə qazandırdı. Heç də Harvardda bir iş dərəcəsi qazanmaqdan pis deyil. Bu, ölkədə və dünyada vəziyyətin hər gün dəyişdiyi və daim yeni reallıqlara uyğunlaşmalı olduğumuz, daimi stres şəraitində işləmək təcrübəsidir. Ölkəmizə gəldikdə, pandemiya bu vaxta qədər Azərbaycanda praktiki olaraq inkişaf etməmiş onlayn ticarət sahəsinə müsbət təsir göstərdi,.

Saytımızın artıq 10 yaşı var. Onlayn ticarətin geniş inkişaf etməsinə baxmayaraq, bu, ümumi satışımızın kiçik hissəsidir və kitab ticarətinə vurulan zərəri görməməzlikdən gəlmək olmaz - bu qədər bəsit deyil. Düşünmürəm ki, karantin rejiminin yüngülləşdirilməsi və ya tamamilə ləğvi ilə həyatımız dərhal əvvəlki tərzinə qayıtmayacaq. İnsanlarda yenə də bir növ psixoloji maneə və ictimai yerlərə getmək qorxusu qalacaq. Baş verənlər isə ticarətdə iz buraxacaq, normal vəziyyətə qayıtmaq üçün bir neçə ay lazım gələcək.

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Ali and Nino (@ali_and_nino)

Bu çətin vaxtlarda göstərdikləri dəstəyə görə oxucularımıza dərin minnətdarlığımı bildirirəm.  Təcrid olunma şəraitində çoxları bu dövrü məhsuldarlıqla keçirməyə çalışırlar. Belə dövrdə oxumağı tövsiyə edə biləcəyim kitablar:

  1. Eckhart Tolle – “İndinin Gücü”. Kitab, bu anda yaşamağın nə qədər vacib olduğundan və lazımi nəticəyə çatmaq üçün enerjinizi necə düzgün şəkildə paylamaqdan bəhs edir.
  2. Xalid Hüseyni – “Çərpələng uçuranlar”. Mənim üçün bu kitab insan qalmağın və hətta ən çətin vəziyyətdə başqalarına kömək etməyin nə qədər vacib olduğundan bəhs edir.
  3. Çexovun hekayələr toplusu. Heç kim Anton Pavloviç kimi insan psixologiyasını belə dərin bilmir.

Sərxan Rüstəmov - LIBRAFF mağazalar şəbəkəsinin PR-mütəxəssisi:

 “2017-ci ildə qapılarını oxucularına açan LIBRAFF kitab mağazasının Bakıda 5, Gəncədə isə 1 filialı var. Kitablara xüsusi marağım var və 4 ildir kitablar haqqında video hazırlayıram. LIBRAFF-dan əməkdaşlıq təklifi alaraq məmnuniyyətlə bu vəzifədə işləməyə başladım. Çətin, eyni zamanda maraqlı bir vaxtın şahidi olduq. Pandemiya özünü və başqalarını fərqli bir baxış bucağından tanımaq üçün yaxşı fürsət oldu.

Hər sahədə olduğu kimi, bizim də müəyyən nəticələrimiz var. Karantin dövründə mağazaların bağlanması ilə əlaqədar olaraq yalnız onlayn işlədik. Əsas dəyişikliklər onlayn satış və çatdırılma xidmətlərinə sürətli keçidlə əlaqələndirildi.

Bütövlükdə ölkədə gedən proseslər eyni olduğu üçün şirkətimiz qəbul edilmiş qərar və dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkmədi. Xüsusi karantin tətbiq olunmadan əvvəl, bütün fəaliyyət göstərən mağazalarımızı dezinfeksiya etdik. İşçilərimizin və müştərilərin təhlükəsizliyini təmin etmək üçün bütün komanda maska və əlcəklərlə təchiz olundu. Görülən tədbirlərdən sonra əvvəlcə iş saatları azaldı, sonra bütün mağazalar bağlandı. Belə bir çətin vaxtda, biz ictimai fəal şirkət olaraq karantində olan tələbələrə 500-dən çox kitab göndərdik, həmçinin kasıb ailələrin uşaqlarına da kitablar hədiyyə etdik.

İnsanların az oxuduğunu söyləsələr də, bu günlər bunun əksini sübut etdi: ərzaqdan əlavə insanlar kitab almağa da hazırdırlar. Xüsusi karantin elan edilməsi ilə əlaqədar, insanlar bütün təcrid dövrü üçün kitablar toplamağa başladı. Axı, kitablar evdən çıxmadan zamanda və dünyanın hər yerində "səyahət etmək" imkan verir. 

Qeyd etdiyim kimi, LIBRAFF Bakı daxilində çatdırılma xidməti həyata keçirir. Oxucular sosial şəbəkələr və ya telefonla əlaqə saxlayaraq, almaq istədikləri kitabları sifariş edirlər. Bütün məlumatları aldıqdan sonra çatdırılma 2 gün ərzində həyata keçirilir. Bir çox sahə kimi kitab biznesi də dövlət tərəfindən dəstək aldı.

Belə bir çətin dövrdə kitab həvəskarlarına özünüinkişaf və motivasiya (məsələn, uşaqların inkişafı və tərbiyəsi üçün), habelə müsbət hekayə xətti ilə klassik əsərlər tövsiyə edərdim:

  1. Viktor Hüqo - “Rədd edilmişlər”
  2. Elizabet Heinstok - "Evdə Montessorinin təlimi".
  3. Qriqori Petrov - "Ağ zanbaqlar ölkəsi".

Bu günlər bizə çox yaxşı təcrübə qazandırdı. Ümid edirik ki, yaxın gələcəkdə bu çətin günlər bitəcək və yolumuzu daha da inamla davam etdirəcəyik”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1762

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər