Pandemiya ilə əlaqədar bankların istehlak kreditlərinə dair riskləri yumşaldılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pandemiya ilə əlaqədar bankların istehlak kreditlərinə dair riskləri yumşaldılır

14:08 - 02 / 05 / 2020
Pandemiya ilə əlaqədar bankların istehlak kreditlərinə dair riskləri yumşaldılır

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bankların verdikləri istehlak kreditlərinə dair risklər mayın 1-dən gələn il yanvarın 1-dək yeni qaydada müəyyənləşəcək.

APA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nda əksini tapıb.

Qərara əsasən, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü  bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilməyəcək.

Başqa sözlə, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, bankın balans aktivləri və balansdankənar öhdəlikləri növündən, xüsusiyyətindən, habelə öhdəliyin təminatından asılı olaraq müxtəlif risk dərəcələrinə aid edilir. BNG əmsalı borcun gəlirlərə nisbəti, istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. Birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə isə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbətidir.

 “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, 150 faizli (1,5 əmsallı) risk qrupuna BGN əmsalı 45 faizdən yuxarı olan, lakin 60 faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150  faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri daxildir (9.3.8.2 və 9.3.8.3).

180 faizli (1,8 əmsallı) risk qrupuna BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun yarısının cəmindən böyük olan istehlak kreditləri daxil edilir (9.3.9.1 və 9.3.9.2).

200 faizli (2,0 əmsallı) risk qrupuna BGN əmsalı 70 (yetmiş) faizdən yuxarı olan istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) daxildir (9.3.10.1.).

Ancaq istehlak kreditləri gələn il yanvarın 1-dən bu xüsusiyyətlərə görə risk qruplarına daxil edilməyəcək.

Eyni zamanda “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, istehlak krediti bir neçə fərqli risk qrupunun şərtlərinə uyğun gəldiyi təqdirdə, kredit uyğun gəldiyi ən yüksək əmsallı risk qrupuna aid edilir. İstehlak kreditlərininin müddətindən və valyutasından asılı olaraq isə risk dərəcələri aşağıdakı qaydada artırılır:

- müddəti 3 il və ya daha çox və 5 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 20 faiz bəndi artırılır;

- müddəti 5 ildən çox və 7 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 40 faiz bəndi artırılır;

- xarici valyutada verilmiş istehlak kreditlərinin risk dərəcəsi 60 faiz bəndi artırılır.

Ancaq bu qaydada risk dərəcələrinin artırılması da 1 yanvar 2021-ci il tarixinədək istehlak kreditlərinə şamil olunmayacaq.

S.Xankişiyeva

 

Paylaş:
858

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər