Bu mədəniyyət xadimlərinə Prezident təqaüdü veriləcək - Sərəncam
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın ölkə başçısının rəsmi saytına istinadən məlumata görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Əmirov Cəmil Fikrət oğlu
Göyçayev Teymur Ənvər oğlu
Xanı-zadə Bəxtiyar Oqtay oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
Quliyev Qabil Əzizulla oğlu
Şərifov Vaqif Abdulla oğlu
Tağızadə İranə Tofiq qızı.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
1news.az
493