Elmar Məmmədyarov və Tacikistan Xarici İşlər naziri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov və Tacikistan Xarici İşlər naziri arasında telefon danışığı olub

16:15 - 09 / 05 / 2020
Elmar Məmmədyarov və Tacikistan Xarici İşlər naziri arasında telefon danışığı olub

Bu ilin 9 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Tacikistan Xarici İşlər naziri Sirociddin Muhriddin ilə telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər bir-birlərini müqəddəs Ramazan ayı münasibətilə, eləcə də Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təbrik etdilər.

Tərəflər hazırda mövcud olan beynəlxalq sağlamlıq böhranı ilə mübarizə çərçivəsində dövlətər tərəfindən atılan addımlar və bu xüsusda əməkdaşlığın əhəmiyyəti barədə ümumi fikir mübadiləsi apardılar.

İki qardaş ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, eləcə də nəqliyyat logistika sahəsi də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri Nazirlər tərəfindən geniş müzakirə edildi.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxundular və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinə razılıq ifadə etdilər.

Qafar Ağayev

Paylaş:
936

Son xəbərlər

Bütün xəbərlər